“Türkiyənin milli təhlükəsizliyinə nəyin təhdid olduğuna başqaları deyil, özü qərar verir”

Bizimsesimiz.info // Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın  ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) separatçı terror təşkilatına silah yardımına dair açıqlamasına reaksiya verdi.

Özəl televiziya kanalının qonağı olan Kalın: “Milli təhlükəsizliyimizə nəyin təhdid olduğuna başqaları deyil, Türkiyənin özü qərar verir. YPG-yə verilən silahların toplanacağı barəsindəki bəyan həyata keçirilməlidir” dedi.

Prezident Aparatının sözçüsü sözünə davam edərək: “Suriyada “DEAŞ ilə mübarizə” adı altında  PYD-YPG-yə verilən təxminən 4 min tır silah və digər hərbi avadanlıq təcili olaraq toplanmalıdır. Amerikan rəhbərliyi PYD-YPG kimi terror təşkilatları ilə əlaqəsini tamamilə kəsməlidir” deyə bildirdi.

Qeyd edək ki,  Pentaqonun Orta Şərq Şöbəsinin mətbuat katibi Erik Pahon ABŞ-ın Türkiyəni təhdid edə biləcək bütün silahları YPG-dən  geri alacağını söyləyib.

Pahon inventar və rəqəmlər barəsində məlumat vermək səlahiyyətinin olmadığını bildirərək: “Müttəfiqimiz Türkiyəni təhdid edə biləcək silahları toplayacağıq. Bunların inventarı Türklərdə var” deyib.

Mətbuat katibi YPG-yə verilən və qarşıdurma vasitəsi olmayan buldozer, mina və əl istehsalı partlayıcıları qazıcılarının və “Humvee” kimi tanınan nəqliyyat vasitələrinin  geri alınmayacağını qeyd edib

ABŞ separatçı terror təşkilatı PKK-nın qolu PYD-nin 2015-ci ilin əvvəlindən etibarən dolayı şəkildə, bu ilin may ayından etibarən isə birbaşa silahlandırılması barədə qərar qəbul edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir