Bizimsesimiz.info // Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Almaniyada gələcək ay keçirləcək parlament seçkilərində səs verəcək Türk vətəndaşlarına “Türk düşmənlərinə səs verməyin” deyə çağırışı etdi.

Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırıb.

Almaniya kansleri Angela Merkelin “Türkiyə ilə Gömrük Birliyi müqavilə yenilənməsin” sözlərinə sərt reaksiya göstərən Ərdoğan bildirib ki, hazırda Almaniya nədən danışır. Seçki üçün SDP (Sosial Demokrat Partiyası) və Xristian Demokratlar olaraq, “Türkiyəni nə qədər incitsək o qədər səs toplayarıq” deyirlər. Almaniyadakı vətəndaşlarıma deyirəm ki; bunların hamısı Türkiyə düşmənidir, əsla SPD-ni, Xristian Demokratları, Yaşıllar Partiyasını dəstəkləməyin. Türkiyə düşmənçilik etməyənlərə dəstək verin. (Bu) Almaniyada yaşayan bütün vətəndaşların şərəf mübarizəsidir.

Ərdoğan ikitərəfli əlaqələrdəki gərginliyin Almaniyanın mövzudan daxili siyasi vasitəsi kimi istifadə etməsindən mənbələndiyini vurğulayaraq deyib ki, Türkiyənin gərginliyi azaltma nöqtəsində hər hansı bir məsuliyyəti yoxdur. Əgər bu mövzuda məsuliyyət axtarılırsa bunun əsas məsulu Almaniyanın özüdür. Almaniya bu ana qədər öz daxili siyasi ziddiyyətlərini davamlı olaraq Türkiyə ilə və digər bəzi Avropa İttifaqı (Aİ) ölkələrinin də dəstəyini götürərək bu prosesi davam etdirmişdir. Almaniya Aİ əsaslarına uyğun hərəkət etməyən ölkə halına gəlmişdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here