Bizimsesimiz.info // Tərkibində 4 mindən çox toksik maddə olan siqaretə sidik hopdurulması da kommersiya sirri hesab edilir…

Bu günədək siqaretin insan orqanizminə hədsiz zərərləri barədə kifayət qədər danışılsa da, bəşər əhli bu öldürücü vasitədən əl çəkə bilmir.

Hər gün milyardlarla insanın özünü zəhərlədiyi siqaret barədə daha bir iyrənc fakt aşkar edilib.

Bir namaz əhlinin “Siqaretlə məscidə girmək olarmı?” sualına cavab olaraq Rusiyanın tanınmış ilahiyyatçı alimi Nurmuhammad İzudinov öncə bir sıra İslam alimlərinin siqaretin də alkoqol və narkotik kimi insan beynini dumanlandırdığından haram hesab etdiklərin bildirib.

Daha sonra isə o, XX əsrin 50-ci illərindən bəri bir çox firma rəhbərlərinin kommersiya maraqları naminə, yəni insanların siqaretə aludəçiliyini və son nəticədə onun satışını maksimum gücləndirmək məqsədi ilə tütünə inək sidiyinin hopdurulduğunu xatırladıb. Və alim vurğulayır ki, bu faktın doğru olduğu halda siqaret nəcis hesab edildiyindən müsəlmanın ondan istifadə etməsi və bu murdar, zərərli əşyanı cibinə qoyub məscidə girməsi də haramdır.

moderator.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here