Üç ölkənin ordu generalları Suriyadakı mövcud vəziyyəti müzakirə etdilər

Bizimsesimiz.info // Türkiyənin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar Soçidə Rusiyanın ordu generalı Valeriy Gerasimov və İranın ordu generalı Məhəmməd Bakıri ilə üçtərəfli yığıncaqda bir araya gəldi.

Görüş Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin iştirakı ilə sabah Soçidə keçiriləcək üçtərəfli zirvə yığıncağı ərəfəsində baş tutdu.

Türkiyə, Rusiya və İranın ordu generallarının keçirdiyi görüşdən sonra Rusiya Müdafiə Nazirliyi açıqlama verdi.

Görüşdə tərəflərin Suriyadakı mövcud vəziyyəti müzakirə etdikləri, terrorçu qrupların məhv edilməsi, gərginliyin azaltılmasının nəzərdə tutulduğu bölgələrdə təhlükəsizliyin təmin edilməsi və siyasi həll prosesinə keçidi asanlaşdırmaq üçün atılacaq addımların əsas çərçivəsinin müzakirə olunduğu bildirilib.

Açıqlamada həmçinin “İdlibdə gərginliyin azaltılmasının nəzərdə tutulduğu bölgədə koordinasiyanın gücləndirilməsi, Suriyadakı qalan DEAŞ və Əl-Nusra terror təşkilatı mənsublarının tamamilə ordan çıxarılması mövzularında razılıq əldə edildi.” deyilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir