Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş – 2021” birgə beynəlxalq təlimi keçiriləcək.
Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.
Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.
“Üç qardaş – 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here