Kamil BƏŞƏRİ . Politiloq, yazar

( Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr edilir )

Azərbaycan!

Məmməd Əmin ömrüylə

Yan-yana Günəşə çat!

Dünyaya doğ Müsavat!

 

Azərbaycan!

Dünyaya İpək Yolu,

Yolunda dayanar vaxt…

Vaxtı qurar Müsavat!

 

Azərbaycan!

Zaman Tanrı saatı,

Hər saatı min il vaxt…

Vaxt dəyəri Müsavat

 

Azərbaycan!

Bətnində  ər körpənin

Gələcəyi qızıl Taxt!

İlk kəlməsi Müsavat!

 

Azərbaycan!

İlk təhsilin altı yaş,

Hər yaşında yaz-yarat!

Dil qələmin Müsavat!

 

Azərbaycan!

Tarixi qaya kimi,

Özünə heykəl yarat!

Yaddaşında Müsavat!

 

Azərbaycan! 

Ürəyində dərdlərin

İçində yanar qat-qat!,

Hər qatında Müsavat!

 

Azərbaycan!

Səbrin yetər!Qərar  ver…

Düşmən gözə cüt ox at!

Yay-kamanın Müsavat!

 

Azərbaycan!

Məhşər günü ön durub,

Xəyanəti  Haqqa dart!

Haqq divanın Müsavat!

 

 

Azərbaycan!

Damarımda coşar qan,

Qanında eşqi-həyat…

Qan qrupun Müsavat!

 

Azərbaycan!

 Gəncliyin-gələcəyin,

Arzu dolu bir həyat…

Gerçək yolu Müsavat!

 

Azərbaycan!

Azadlığın diliylə,

Bizi, Haqqı xatırlat!

Deyək bizik Müsavat!

 

 

Azərbaycan!

Sərvətin, gen düzlərin

Bar-bəhrəli bağ-bağat!

Bağ-Bağbanı Müsavat

 

 

Azərbaycan!

Qəlbi “yanar” bir vətən-

Vətənində toy, büsat!

Bəy xələti Müsavat!

 

 

Azərbaycan!

Çərşənbə bayramında,

Bir arzu tut, yuxu yat!

Görəcəksən Müsavat!

 

 

Azərbaycan!

“Novruz! Günü-günorta,

Tanrını seyrə çıxart!…

Təəssüratı Müsavat!

 

 

Azərbaycan!

Laylan Ana dilində,

Dilin şirin bir nabat,

Hər ləhcəsi Müsavat!

 

 

Azərbaycan!

Azadlıq ruhu olan,

Bayrağın-xalqa sirat,

Yol  Mələyin Müsavat!

 

Azərbaycan!

Himnin cana can verər,

Ver bizə bizi yaşat,

Üç zirvəli Müsavat!

 

 

Azərbaycan!

Dinin yurddaş əliylə

Tanrıya çək salavat!

Dəstəmazın Müsavat!

 

Azərbaycan!

Sərhədində əsgərin

Fikri, ürəyi sərvaxt!

Nişan gözü Müsavat!

 

 

Azərbaycan!

Dədə Qorqud sözündən

Torpağına toxum at,

Göyörəcək Müsavat.

 

 

Azərbaycan!

Şəhriyar həsrətində,

Vüsalın ortadan çat!

Hər tərəfədə  Müsavat.

 

 

Azərbaycan!

Əhməd Cavad ruhuyla

Qəlbini səslə, oyat,

Danışacaq Müsavat!

 

Azərbaycan!

Cavidin öz yolundan

Nəsillərə yol yarat.

Yol qayəsi Müsavat!

 

Azərbaycan!

Müşfiqin səhər ömrün,

Zamana ömür yarat,

Zaman içi Müsavat!

 

Azərbaycan!

Üzeyir nəğməsiylə

Yırğalanır kainat…

Hər kəs  oxur, Müavat!

 

Azərbaycan!

Elçibəy amalında

Bütöv bir Vətən yarat,

Təbriz yolu Müsavat!

 

Azərbaycan!

Ulutürk sevgisiylə,

Sevə-sevə hey boy at!

Rişəsində Müsavat!

 

Azərbaycan!

Məmməd Araz harayın,

Can dalğalı hərəkat!

Hər damlası Müsavat!

 

Azərbaycan!

Bəxtiyar nəfəsində,

Buzunu ərit, azalt!

İsinəcək Müsavat!

 

Azərbaycan!

Ramiz, Rövşən sözündə,

Göy açılar yeddi qat…

Söz açarı Müsavat!

 

Azərbaycan!

Ömrün dünya yaşında,

Tanrı qurduğu saat,

Hər dəyqəsi Müsavat!

 

Azərbaycan!                                                                                                      

Yazın Hörmüz duası,

Ellərdə ulu elat,

Qədərində Müsavat!

Azərbaycan!

Əllərim sənə sarı,
Əlini mənə uzat!
Düz yolumuz Müsavat!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here