Uçan avtomobillərin satışına başlandı
Bizimsesimiz.info // PAL-V Şirkətinin 15 illik əməyinin məhsulu olan avtomobillər üçün indidən çoxlu sayda sifariş qəbul olunub. PAL-V maşınların 2019-cu ildə sahiblərinə təhvil veriləcəyini açıqlayıb. Saatda 160 km sürətlə uçan avtomobillər 11 min fit yüksəkliyə qədər qalxacaq.
Maşınların qiyməti 500 min avro olacaq. Firmanın yazılı açıqlamasında qiymətə uçuş dərslərinin də daxil olduğu bildirilir. Bir müddət sonra kütləvi istehsala start veriləcək və o zaman uçan “dördtəkərlər”in qiyməti 300 min avroya enəcək.
Qeyd edək ki, bu avtomobilləri idarə etmək üçün sürücüdən lisenziya tələb olunur.
buy cialis 5mg 0372, n 3 6 mice group