Ucarda bu mağaza şəhid övladlarına pulsuz xidmət göstərir – FOTO

Ucar rayonunda yerləşən “Sultan” market şəhid övladlarına bayram ərəfəsində pulsuz xidmət göstərib. Mağazanın girişində bununla bağlı elan yerləşdirilib. Elanda bildirilir ki, şəhid övladlarının hesabı ataları tərəfindən ödənib. Virtualaz.org xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto yayılıb.

Mağazanın girişindən çəkilmiş foto böyük maraq doğurub. Mağazanın “Instagram” səhifəsində bəzi istifadəçilər bunun kampaniya xarakteri daşıdığını, şəhid ailələrinə yalnız 20 manat məbləğində pulsuz alış-verişə imkan verildiyi yazırlar. Lakin mağaza rəhbərliyi bunu təkzib edərək kim istəsə, müraciət edənlərlə bağlı sənədləri göstərə biləcəklərini qeyd ediblər.

Mağazadan nə qədər şəhid ailəsinə pulsuz alış-veriş üçün imkan yaradılması ilə bağlı məlumat ala bilmədik

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir