Üçüncü ölkənin bu mövzuda Qətər və ya Türkiyəyə söz söyləmə haqqı yoxdur

Bizimsesimiz.info // Körfəz ölkələrinin Qətərə verdiyi 13 maddəlik tələb siyahısında olan “Türkiyə hərbi bazasının bağlanması”yla bağlı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib:

“Qətərdəki Türkiyə hava bazamızı da nəzərdə tutan tələb bizim üçün də qəbuledilməzdir. Qətər ilk gündən terrorla mübarizədə möhkəm duran və terrorla mübarizəmizə dəstək verən ölkədir. Son olaraq Qətərlə ABŞ arasında imzalanan terrorla mübarizə razılaşması da Qətərin bu mövzudakı səmimiyyətini göstərir.

Qətərdə ortaq Türkiyə hərbi bazasının qurulmasıyla əlaqədar razılaşma qəbul olunub. İndi bunun tətbiqi mərhələsindəyik. Texniki qruplarımız lazımi işləri davam etdirir. Əsgərlərimiz birlikdə bu işin koordinasiyasını qurur. Bu razılaşma iki suveren ölkə arasında bir müqavilədir. Körfəz ölkələrinin belə bir şərtlər irəli sürməsi iki ölkənin suverenliyinə zidddir. Üçüncü ölkənin bu mövzuda Qətər və ya Türkiyəyə söz söyləmə haqqı yoxdur. Hər kəs buna hörmət edəcək. Bu günə qədər də heç bir etiraz olmadı.”

1 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir