UEFA Millətlər Liqasında ilk oyunlar keçirilib
Bu gün UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasına start verilib.
“Report” xəbər verir ki, I turun ilk oyun günündə Avropanın müxtəlif ölkələrində 9 görüş baş tutub.
A Liqasında favoritlərdən sayılan Almaniya və Fransa yığmaları arasındakı qarşılaşmada hesab açılmayıb. Eyni nəticə Latviya – Andorra görüşündə də qeydə alınıb.
Azərbaycan millisinin yer aldığı D Liqasında Qazaxıstan Gürcüstana, Cəbəllütariq Makedoniyaya evdə uduzub, Ermənistan isə Lixtenşteyni yenə bilib.