Ukrayna 65 dollar dəyərində birdəfəlik elektron viza tətbiq etməyi planlaşdırır.

Bunu “Avropa Pravda”ya müsahibəsində ölkənin Xarici İşlər Nazirliyinin Konsulluq Xidmətinin direktoru Sergey Poqoreltsev bildirib.

Onun sözlərinə görə, belə viza 30 gün müddətinə veriləcək. Viza miqrasiya riski olan ölkələrin siyahısına daxil olmayan bütün ölkələrin vətəndaşlarına təqdim olunacaq. Miqrasiya riski olan ölkələr Afrika və Yaxın Şərq (Əfqanıstan, Banqladeş, Liviya, Nigeriya və s.) ölkələridir. Onlara viza verilməsi üçün xüsusi razılıq olmalıdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here