Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

Ukrayna ordusu müharibə başlayandan indiyədək Rusiyanın 61 680 hərbçisini məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, son sutkada işğalçıların 350 hərbçisi zərərsizləşdirilib.

Məlumata görə, Rusiyanın digər döyüş itkiləri 2 466 tank, 5 093 zirehli maşın, 1 455 artilleriya sistemi, 344 reaktiv yaylım atəşi sistemi, 177 hava hücumundan müdafiə sistemi, 266 təyyarə, 233 helikopter, 1 067 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3 862 avtomobil və avtoçən, 135 xüsusi texnikadan ibarətdir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir