Ukrayna ordusu bu əraziləri azad etdi – Qəfil hücum

Ukrayna ordusu təmas xəttinin Svetlodarsk rayonunda Luqansk separatçılarına hücuma keçib.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı könüllü Yuri Mısyagin Feysbuk hesabında yazıb.

“Hərbi birləşmələrimizin qəfil hücumu nəticəsində bir neçə küçə azad edilib, həmçinin bir neçə strateji əhəmiyyətli yüksəkliklərə nəzarət ələ keçirilib. Bu əməliyyat nəticəsində bizdə artıq uğurla möhkəmlənə bildiyimiz bir neçə kvadrat kilometr ölçüsündə yeni mövqelər meydana gəldi”, – Mısyagin yazıb.

O, həmçinin, hücum əməliyyatında 54-cü briqadanın və “Aydar” hücum taborunun şəxsi heyətinin iştirak etdiyini bildirib.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.