Ukrayna səfirliyinin müşaviri Belarusda “persona non qrata” elan edilib

Bizimsesimiz.info  // Belarus Ukrayna səfirliyinin müşaviri İqor Skvortsovu “persona non qrata” elan edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) rəsmi nümayəndəsi Dmitri Pobyarjin bildirib.

İ.Skvortsov casusluqda və Belarusda agentura şəbəkəsi yaratmaqda şübhəli bilinən ukraynalı jurnalist Pavel Şaroykonun işinə görə diplomatik statusla uyğun gəlməyən fəaliyyətlə məşğul olmaqda ittiham olunub.

Müxbir oktyabrın 25-də Minskdə saxlanılıb. DTK onu Ukraynanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (MN BKİ) əməkdaşı adlandırır.

D.Pobyarjinin sözlərinə görə, P.Şaroyko fəaliyyətinin elə MN BKİ-yə xidmət edən İ.Skvortsov tərəfindən koordinasiya edildiyini təsdiqləyib. Onun sözlərinə görə, səfirliyin müşaviri vəzifəsindən əsl həqiqəti gizlətmək üçün istifadə olunub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.