Ukraynada yeni dövlət yaradılır: Malorusiya – Kremldən buna rəsmi MÜNASİBƏT

Bizimsesimiz.info // Yeni Malorusiya adlı dövlət yaradacağıq.

Bunu jurnalistlərə açıqlamasında Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko söyləyib.

“Biz Ukraynanın keçmiş vilayətlərinin nümayəndələri olaraq yeni dövlətin yarandığını elan edirik. Bu dövlət Ukraynanın varisidir. Yeni dövlət Malorusiya adlanacaq. Yeni dövlətin paytaxtı Donetsk olacaq. Kiyev bu ölkənin tarixi-mədəni mərkəzi seçiləcək”, – deyə o bildirib.

Qeyd edək ki, Donbasdakı separatçılar hər kəsə bəllidir ki, Rusiya tərəfindən dəstəklənir.

Enter.News – Русский xəbər verir ki, rəsmi Kreml axşam saatlarında bu məsələyə öz münasibətini bildirib. Rusiya prezidentinin mətbuat-katibi Dmitri Peskov bildirib ki, qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenkonun Malorusiya adlı dövlət yaratması onun öz şəxsi təşəbbüsüdür. Biz onun məlum bəyanatını bu səhər KİV-dən eşitmişik. Biz Minsk razılaşmasına sadiq qalırıq.