Ev Cəmiyyət Ukraynalı Xristiana İslam dinini qəbul etdi-FOTO

Ukraynalı Xristiana İslam dinini qəbul etdi-FOTO

184

Türkiyə Antalya vilayətinin Manavqat rayonuna qonaq gedən ukraynalı Xristina Besdux burada İslam dinini qəbul edib.

Anası Türkiyədə ailə quran Ukrayna vətəndaşı Xristina Bezdux Manavqat rayonuna anasını görməyə gedib. Burada müsəlman olmağa qərar verən Xristina Manavqat müftiliyinə aparılıb.

Manavqat müftisi Abdullah Eroğlunun İslam dini barədə verdiyi məlumadan sonra gənc qız kəlimeyi-şəhadət gətirərək müsəlman olub.

Müsəlman olduqdan sonra Sultan adını alan Xristinaya “Diyanet”in nəşr etdiyi rusca Qurani-Kərim və müxtəlif dini kitablar hədiyyə edilib.

Anasının Türkiyədə ailə qurmasından sonra İslam dinini araşdırmağa başladığını deyən Sultan, apardığı tədqiqatlar və Türkiyədəki müşahidələrindən sonra müsəlman olmağa qərar verdiyini açıqlayıb. O, həmçinin verdiyi qərara görə özünü xoşbəxt hiss etdiyini bildirib.

Manavqat müftisi Abdullah Eroğlu son bir ildə 11 nəfərin müsəlman olmaq üçün müftiliyə müraciət etdiyini qeyd edib.

Ukraynalı Khristyna, Müslüman oldu!

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ PAYLAŞ

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here