Xocalı soyqırımının 29-ci ildönümü  dünyanın hər yerində olduğu kimi Ukraynada da yad olunub. Belə tədbirlərdən biri fevralın 26-da Ukraynanın Poltava şəhərinin məsçidində keçirilib.  Poltavada yaşayan Azərbaycanın diasporunun üzvü Hacı Elbrus Nəbiyevin ailetravel.net-ə verdiyi məlumata görə azərbaycanlılar tərəfindən təşkil olunan , soyqırım qurbanlarının xatirəsinə verilmiş ehsan süfrəsində Poltavada vilayətində yaşayan azərbaycanlılar və digər  Qafqaz xalqalarının nümayəndələri iştirak etmişlər.

Tədbirdə iştirak edən müsəlmanlar tərəfindən cümə namazı qılınmış, Xocalı soyqırımı qurbanları ehtiramla yad edilmiş, onların əziz ruhlarına müqəddəs kitabımız olan «Qurani Kərim»dən ayələr  və dualar oxunmuşdur.

Ehsan süfrəsində Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olması qeyd edilmiş və  bunun dünya ictimaiyyətinə çatdırılmasının lazımlığı vurğunlanmış, soyqırımla bağlı söhbətlər edilmişdir. Sonda  tədbir iştirakçıları ilə birgə Azərbaycan bayrağının fonunda xatirə şəkli çəkilmişdir.

           

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here