Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 29 il ötür.

XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Azərbaycan bu əlamətdar və tarixi gün nəinki  ölkəmizdə həmçinin xaricdə də hər il qeyd olunur. Müstəqillik Gününü Ukraynanın Poltava şəhərində yaşayan soydaşlarımız  da qeyd ediblər.

Belə ki, Poltavada yaşayan və işləyən bir qrup fəal soydaşlarımız  yığıncaq keçiriblər.

Tədbir iştirakçıları Ermənistan ordusunun işğal altında saxladığı Dağlıq Qarabağda Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamısını, bu zaman əsasən Azərbaycanın böyük şəhərləri, mülki sənaye obyektlərin  raket hücumlarına məruz qoymasını, Ermənistanın Azərbaycanın bir çox şəhərlərində ,ələlxüsus Gəncədə mülki əhaliyə qarşı həyata keçirilən terror aktlarını- ballistik raket hücumlarını qətiyyətlə pisləmişlər , buna etirazlarını bildirmişlər.

Tədbirdə iştirak edən həmvətənlərimiz- İqtisad elmləri doktoru, professor, Ukrayna İqtisadi Elmlər Akademiyasının akademiki, hüquqşünas, Poltava Dövlət Aqrar akademiyasının hüquq kafedrasının müdiri Xanlar Mahmudov , Ukraynada tanınmış iş adamı Qurban Qurbanov, Azərbaycanın Ukraynadakı tikinti şirkətinin baş direktoru Elsevər Talıbov, Poltava Vilayəti Azərbaycan diasporunun fəal üzvü  Fariz Babayev, Boks üzrə Ukrayna çempionu, idman ustası, hüquqşünas Emin Mahmudov , Gəncə sakini Firdovsi Qənbərov, Poltavada  Azərbaycan diasporunun fəal üzvü , Poltavada yaşayan əksər azərbaycanlılar arasında  xeyirxah əməlləri ilə tanınan İlham Kərimov Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi terrorunu , vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər.
İştirakçılar Azərbaycanın müstəqillik tarixindən danışmış, gələcək  fəaliyyət ilə bağlı təşkilati məsələlər müzakirələr edilmiş, fikir mübadiləsi aparılmış, Azərbaycan dövlətinə , prezidentinə dəstək ifadə olunmuşdur.

Çıxış edənlər  Poltavada  soydaşlarımızın birgə fəaliyyətinin zəruriliyi qeyd olnmuş , növbəti görüşün keçirilməsinə qərar vermişlər  və tədbirin gününü təyin etmişlər.

Sonda tədbir iştirakçıları tərəfindən Poltava şəhəri və vilayəti sovetinə Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi vəhşiliyə, terror hadisəsinə siyasi qiymət verilməsi üçün rəsmi məktub ünvanlaması haqda qərar qəbul olundu.

İmran Kərimli

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here