Ümid Partiyasının Ali Məclisi bu il aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, buna səbəb partiyanın Nizamnaməsində prezidentliyə namizədin müəyyənləşdirməsinin qurultayın səlahiyyətində olmasıdır: Növbəti qurultayının mayın 28-də keçirilməsi nəzərdə tutulub. Hüquqi baxımdan növbədənkənar qurultayın keçilməsi zaman etibarı ilə qeyri-mümkündür. Ona görə də partiya Ali Məclisi seçkilərdə iştirak etməmək barədə qərar qəbul edib”.

Ümid Partiyasının məlumatında, həmçinin, üzvlərinin öz seçimlərində sərbəst olduqları, istədikləri namizədə səs verə biləcəkləri də vurğulanıb.

Bu gün Müsavat Partiyası Məclisi də prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here