Bizimsesimiz.info // Ramazan ayının ilk yarısında Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına gedənlərin sayı ötən illə müqayisədə 37 faiz artıb.

Report xəbər verir ki, Ramazanın ilk yarısında Ümrə ziyarətinə gedənlərin sayı 17 milyona çatıb.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə üzrə Statistika Komitəsinin verdiyi açıqlamaya görə, ötən il bu rəqəm 12 milyon olub.

Komitədən bildirilib ki, artıma səbəb Kəbənin ətrafında aparılan inşaat işlərinin bitməsi, eləcə də Ümrə kvotasının artırılmasıdır.

Ramazanın sonlarına doğru bu rəqəmin daha da artacağı vurğulanıb.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here