Bizimsesimiz.info saytı “Tariximizə Baxış” rubrikasında  “Tarixi problemlərimiz : Millətimizin inkişafının qarşısını alan obyektiv, subyektiv problemlər” mövzusu ilə əlaqədar yeni nəsil siyasətçilərə, yazarlara müraciət edərək onların münasibətini öyrənmişdir.

Mövzuya münasibət bildirən şəxslərin mövqeyini oxucularımıza təqdim edirik.

Kəramət Salayev, Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə

Təşkilat Komitəsinin sədri:

Millətimizin mövcud problemlərinin həlli istiqamətində çalışarkən həmin problemlərin səbəblərini araşdırıb tapmaq və onun obyektiv, subyektiv tərəflərini müəyyən etməyimiz zəruridir. 
Biz millət olaraq öncə nəzərə almalıyıq ki, Azərbaycan İslam coğrafiyası daxilində mühüm strateji əhəmiyyətli mövqeyə sahibdir. Belə ki, siyasi, iqtisadi, mədəni, elmi- dini baxımdan Azərbaycan tarixdə mühüm hadisələrin mərkəzi və ya hadisələrin başlanması üçün mərkəz rolunu oynamışdır. Azərbaycanın bu mühüm coğrafi mövqeyə sahib olması daim böyük mədəni, siyasi güclərin bu əraziyə “böyük diqqət” göstərmələrinə səbəb olmuşdur. 
Tarixin bəlli bir hissəsində Azərbaycanında mənsub olduğu İslam dünyasında tərəqqi prosesinin dayanması və vəhşi Qərb mədəniyyətinin humanist İslam mədəniyyətindən önə keçməsi Azərbaycana da təsirsiz ötüşməyə bilməzdi. 

Orta əsrlər dövründən Azərbaycanda siyasi mərkəzçiliyin zəifləməsi maraqlı güclərin Azərbaycanın dövlətçilik tarixinin yeni mərhələsinin yaranmasında fəal rol almaları, millət olaraq tarixin sonrakı mərhələlərində öz mənfi izlərini buraxmaya bilməzdi. 

İslam dünyasına zidd batil güclərin təşkilatlanma, dövlətləşmə prosesini sürətlə aparıb ərazilər işğallar etməsi, nahaq qan və göz yaşları tökməsi bizim isə bu prosesə qeyri- adekvat reaksiyalarımız uzun illər bizim nəzarət altında olan bir xalq şüurumuzu formalaşdırdı. 

19 cu yüzilliyin əvvələrindən Azərbaycanın işğal prosesinin bitməsi millətimizin ictimai- siyasi şüurunun formalaşmasına əlavə çalarlar qatdı. Demək olar ki, cəmiyyətin bütün sahələrində fəaliyyət göstərən sosial instittların fəaliyyəti strateji əhəmiyyətini itirib formal qurumlar təsiri bağışlayırdı. 

Konkret bildirməliyik ki, Azərbaycanın bu gün yaşadığı ümumilli əhəmiyyətli problemlərin mənbəyi hələ bir neçə əsr əvvəl milli ədəbiyyatımızın, milli siyasi hədəfləri ortaya qoyub xalqı siyasi maarifləndirən milli ideoloqlarımızın, milli təşkilatımızın olmaması olub. 
1890 cı ildə ermənilər Daşnaküstun təşkilatını qurub, “Böyük Ermənistan”, yəhudilər 1897 ci ildə İsveçrənin Bazel şəhərində ümümdünya yəhudi kongresini keçirib “İsrail və böyük israil” hədəflərini seçəndə tariximizə baxanda o dönəmdə Azərbaycanda yalnız xarici qüvvələrin at oynatdığını görərik. Şimal qonşumuz rusiya siyasi- ideoloji, elmi- fəlsəfi fikirlər formalaşdırmaqdayakən Avropanın adlı sanlı tacirləri Azərbaycanda neftə böyük maraq göstərərək Bakıya üz tutmuşdular. 

Hesab edirəm ki, mövcud ümummilli problemlərimizin həlli üçün Milli Görüş ruhunda xalqımızın yenidən maarifləndirilməsi və öz gerçək milli kimliyini aşılamaq lazımdır. Bu proses şəxsiyyətin formalaşdığı dövrün bütün mərhələlərində aparılmalıdır. Biz millət olaraq milli kimliyimizi anlayıb İslam ümmətinin bir hissəsi olduğumuzu dərk etdikcə mənəvi- ideoloji, ictimai- siyasi sahədə yaranan boşluqları doldurmaqla problemlərimizin əsas hissəsini həll etməyə nail olmuş olarıq.

***

Taleh Hüseynli, Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə

Təşkilat Komitəsinin üzvü:

Millətimizin inkişafı məsələsini birmənalı olaraq dəyərləndirmək doğru deyildir. Buna düzgün qiymət verə bilmək üçün əvvəlcə bunu bir prosses qəbul etmək və 5 mərhələyə bölmək lazımdır. I mərhələ İslama qədərki mərhələ adlanır. Burada vahid millət anlayışından daha çox ayrı-ayrı tayfa birliklərini özündə cəmləşdirən dövlətlərdən və onların ortaya qoyduqları mədəniyyətlərdən söhbət gedir. Əhalinin ilkin ictimai-iqtisadi-mədəni həyat tərzləri mənsub olduğu dinlərin (bütpərəstlıq,atəşpərəstlik,xristianlıq) təsiri alında formalaşmışdır. II mərhələ, İslam dininin millətimizi vahid mədəniyyətdə birləşdirməsi və bunun 14 əsr davam etməsidir. Nəticə etibarilə elm, ədəbiyyat,mədəniyyət, incəsənət, sənətkarlıq, ticarət sahələri İslami əxlaq və prinsiplərin şöləsi altnda uzun zaman yolçuluğu qət etmişdir. Bu dövrü millətimizin qızıl dövrü adlandırmaq lazımdır. III mərhələni şərti olaraq çarizm mərhələsi adlandırmaq olar. Bu dövrdə xristian Rusiyasının maddi işğalı və Qərbin mənəvi işğalı nəticəsində formalaşan qərb təfəkkürlü ziyalılarla İslam həyat tərzini yaşayan xalq arasında dərin uçurum yaranmışdır. Eyni zamanda bu dövrü İslami həyat tərzi üçün məhv olmaqdan öncəki böyük durğunluq dövrü adlandırmaq olar. IV mərhələ sovet dövrü adlandırılmalıdır. Bu dövrdə xalqın maddi və mənəvi həyat tərzini ayrı-ayrılıqda dəyərləndirmək zəruridir. Belə ki, elm, ədəbiyyat,mədəniyyət, incəsənət, iqtisadiyyat kimi sahələr dövlətin himayəsi altına keçərək qaldığı yerdən sürətlə inkişaf etməyə davam etmişdir.

Millətin mənəvi həyatının onurğasını təşkil edən İslam isə qadağan edildiyi üçün, onun sadəcə müəyyən elementləri həyatın bütün sahələrində yaşantısını davam etdirə bilmişdir. Yenə bu dövrdə qeyd etdiyimiz qadağadan dolayı əxlaq və mənəviyyatdakı çöküşün ilkin qığılcmları görsənməyə başladı.

V mərhələ – hazırki dövr, millətimizin maddi-mənəvi-çöküş dövrüdür. Bu mərhələdə millət, bu günə kimi qazandığı mənəvi kimliyini tamamilə itirməklə I mərhələnin gerisinə düşdü. Lakin biz inanırıq ki, bu millət keçmişdə olduğu kimi özündə güc tapacaqdır və hər şeyi sıfırdan başlayaraq yenidən II mərhələdəki qızıl dövrünə gəib çatacaqdır. Bunun üçün bizə güclü inam, çox çalışmaq və İslama sarılmaq düşür.

***

İmran Kərimli, yazar

 Azərbaycanın tarixi problemləri özü kimi qədimdir. Əsrlər əvvəl millətin inkişafı o qədər də aktual olmasa da bu gün bu çox aktual mövzudur.Çünki mövcud çətin siyasi vəziyyətdə dünyada yalnız inkişaf etmiş millət özünü qoruyub saxlaya bilər.

Əgər bir neçə əsr əvvəl Azərbaycana qonşular tərəfindən açıq-aşkar, düşmən orduları tərəfindən istilalar baş verirdisə və formalşan millət başqa xalqların əsarəti altında qalırdısa ,hal-hazırda millətə fizikidən çox ideoloji hücumlar edilirr ki,bu istila cəhdləri daha təhlükəlidir.

Çünki fiziki istila nə qədər ağrılı olsa da milləti genetik olaraq birləşdirirdi deyə millət öz vahidliyini qoruya bilirdi ,ancaq hal-hazırda cəmiyyət bəzən təhlükənin baş verdiyini,nə vaxt baş verdiyini belə bilməyə bilir.Cəmiyyətimizin,millətimizin inkişafına da islamın, keçən əsrin əvvəllərində milli ideologiyanın çiçəklənməsi ,maarifçilik ideyaları müsbət təsir etsə də, ictimai şüurun,vətəndaş cəmiyyətinin zəif inkişaf etməsi ,cəmiyyətin şəxsi maraqları dövlət ,ümumi maraqlardan üstun tutması daxili problemləri daha da dərinləşdirir və xarici mənfi amillərə “müttəfiq” olur ki,bu da istər-istəməz inkişafın qabağını alır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here