UNESCO Qüds haqqında vacib qərar verdi
Bizimsesimiz.info UNESCO İsrailin Məscidi-i Əqsa və ətraf ərazilərində apardığı qeyri-qanuni qazıntıları qınayan sənədi təsdiqləyib. Türkiyə, Azərbaycan və İndoneziyanın aralarında olduğu 10 ölkənin “qəbul”, Filippin, Yamayka və Burkina Faso’nun isə “rədd” oyu verdiyi tasarıyla əlaqədar 8 ölkə bitərəf qaldı.
Moderator.az xəbər verir ki, Polşanın Krakov şəhərində keçirilən UNESCO-nun Dünya Miras Komitəsinin iclasında Fələstin heyəti tərəfindən təqdim edilən şikayətə də baxılıb. Şikayət qəbul olunub. Qərara əsasən, İsrail Qüds və ətraf ərazilərə hakim olmaq ixtiyarında deyil.
Həmçinin, qərarda İsrailin qədim şəhərdə arxeoloji qazıntılar aparması da qınanılıb.
Səsvermə yolu ilə təsdiqlənən qərara əsasən, İsrail Şərqi Qüds başda olmaqla, ətraf ərazilərdə bundan sonra qazıntılar apararsa, hər hansı layihələr hayata keçirərsə, bu artıq beynəlxalq hüquqa zidd hərəkət kimi dəyərləndirəcək.
Qeyd edək ki, qərarın qəbuluna səs verən əsas ölkələr sırasında Türkiyə ilə Azərbaycan da var. Avropa ölkələri isə səsvermə zamanı bitərəf qalıblar.