Azərbaycanda uşaqpulunun verilməsi ilə bağlı müzakirələr reallaşa bilər.

Bu məlumatı Sputnik Azərbaycan-a açıqlamasında Millin Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov söyləyib. O, bildirib ki, hazırda bu məsələ Milli Məclisdə müzakirə mərhələsindədir: “Belə bir fikir var ki, ünvanlı dövlət sosial yardımı və digər yardımlar verilir. Ona görə də, uşaqpulu verilməsə də olar. Amma elə müavinətlər var ki onları verməmək də olar. Uşaqpulu isə mütləq verilməlidir. Çünki, ünvanlı dövlət sosial yardımı bütün ehtiyacı olan ailələri əhatə etmir. Bununla bağlı müəyyən çatışmazlıqlar var. Ünvanlı sosial yardımın verilməsi ilə bağlı insanlardan çoxlu şikayətlər daxil olur”.

V. Əhmədov uşaqpulunun verilməsində yaş məsələsinin müzakirə olunduğunu bildirib. O, deyib ki, bəzi təklilərdə uşaq pulunun əvvəlcə 7-8 yaşadək, sonra 17-18 yaşınadək verilməsi müzakirə olunur: “Bu dövlətin büdcəsindən, imkanından asılı olan məsələdir” – deyə deputat əlavə edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here