Rusiyada koronavirus peyvəndindən imtina edənlərə qarşı sərt cəza tədbirləri, hətta cinayət məcəlləsi ilə məsuliyyətə cəlb olunması ilə bağlı rəsmilərin çıxışları bir çox alim və professorların iradına səbəb olub.
Medicina.az xəbər verir ki, tibb elmləri namizədi Aleksandr Redko insanları məcbur peyvənd edənlərin Beynəlxalq Nünberq kodeksini pozduğunu bildirib.
Bu kodeksə görə insanlar üzərində onların rəsmi razılığı olmadan hər hansı eksperiment aparmaq qadağandır. Sadəcə, çox vətəndaşlar bu qanun barədə məlumatsızdırlar.
Belə çıxır ki, mən qanunları qabardıb, baş verənlərin yanlış olması barədə məlumat verirəmsə, mən həbs olunmalıyam?”.
Professor mətbuata bildirib ki, alimlər və həkimlər vaksinlərdən tam imtinaya çağırmır, əksinə həmişə peyvəndin tərəfdarı olub. Lakin burda söhbət uzun illərdir mövcud olan və 20 illərdir yoxlanılan, tətbiq edilən peyvənlərdən gedir. Burda stabil viruslara qarşı vaksinlər, məsələn, vərəm, hepatit, qızılca və s. peyvəndləri nəzərdə tutulur. Onlar həqiqətən laızmlıdır və sübut olunub.
Koronavirus peyvəndi isə ayrı hekayədir. Onun effektivliyi ciddi şübhə altındadır.
Mən tələb edirəm ki, bu vaksinlərin həqiqi peyvənd olduğunu sübut edin, əsl kovid vaksininin şərtləri, əlaməltərini sadalayın.
Bu elmin kəşfidir, yoxsa gen mühəndisliyi prepatatı. Hansı ki, farmakoloji kommersiya təşkilatları qazanmaq məqsədilə satır. Artıq Sputnikə görə Rusiya 60 milyard dollar qazanıb. Əsl silah alveri kimi.
Digər tərəfdən həkim infeksionist Aleksandr Qinçburq da səs-küylü açıqlama verib.
“ Nəyə görə hamının başı virusa qarışıb, işi-gücü virusdur? Əgər insanın immuniteti güclüdürsə, heç bir virus ona təhlükəli deyil. Amma insanların immuniteti çöküb. Çünki parazitlər zəif immunitetin səbəbkarıdır. Hamı gözəl bilir ki, hazırda əhalinin 90% uşaqdan böyüyə parazit və qurdlara yoluxub. Nəyə görə susursuz?
Həkimlər bilmir ki, parazitlər bütün orqanlarda yumurta qoyur, insandan insana yoluxur, vacib orqan və toxumaları zədələyir, bədəni zəhərləyir? Koronavirusa yoluxanların, pnevmoniyadan ölənlərin 93%-nin bədənində çox miqdarda təhlükəli qurdlar, onların sürfələri, yumurtaları olub. Orqanizm zəhərlənib. Virus neyləsin?
Nəyə görə, parazitlərə qarşı pandemiya və vaksin elan etmirsiz?”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here