“Oxfam” təşkilatı dünyadakı əmlak və gəlir bərabərsizliyi ilə bağlı hesabat yayımlayıb.

Bizimsesimiz.info qəzeti xəbər verir ki, Modern.az təşkilata istinadən xəbər verir ki, hesabatlar zəngin korporasiyaların daha da varlandığını, işçi və kasıbların sosial durumunun isə daha da pisləşdiyini yazıb.

Davosda beynəlxalq iqtisadi forumun başlanmasına az qalmış yayılan hesabata əsasən, dünyanın 82% maddi zənginliyi planet sakinlərinin 1%-nin əlində cəmləşib. Maraqlıdır ki, 3,7 milyard insanın gəlirləri bu zaman stabil qalıb.

Eyni zamanda, 2010-cu ildən bəri dünya milyarderlərinin sərvəti 13% artıb. Onların gəlirləri adi işçi və fəhlələrin gəliri ilə müqayisədə 6 dəfə sürətlə artıb.

Digər tərəfdən, planetin 50%-nin toplam kapitalı (426 milyardc dollar) dünyanın ən varlı 8 biznesmenin sərvətinə bərabər olub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here