Vaşinqtonda Rusiyanın lobbiçiliyini Ermənistan həyata keçirir – “The Washington Times”
Bizimsesimiz.info // “Ermənistan onun tərəfini tutması müqabilində Moskvanın maraqlarından çıxış edir”.
İsraildə yerləşən Begin Sadat mərkəzinin və Bar İlan (Təl Əviv) universitetinin elmi əməkdaşı Aleksandr Murinsonun ABŞ-ın mühafizəkarlara mənsub “The Washington Times” qəzeti üçün yazdığı məqaləsi bu cümlə ilə başlayır.
Məqalə müəllifi Rusiyanın peyk-dövləti sayılan Ermənistanın Birləşmiş Ştatlarda geniş etnik lobbisinin olduğunu bildirir. “Əvvəllər erməni-amerikan lobbisi əsasən iki məsələ ilə: “erməni genosidi” (qondarma-red.) və Dağlıq Qarabağla məşğul olurdu. Hazırda isə onların işi Rusiyanın nüfuzunun ABŞ-da yayılmasından ibarətdir”, – məqalədə qeyd edilir.
Murinson Rusiyanın səxavətli yardımı olmadan Ermənistanın yaşamaq imkanı olmadığı üçün erməni lobbisinin buna qarşılıqlı minnətdarlıqla cavab verdiyini yazıb.
“Ermnistan ABŞ Konqresinin nüfuzlu üzvlərinə birbaşa çıxışı olmaqla bərabər, onların dəstəyini də qazana bilib”, – məqalədə deyilir.
Murinson bunula əlaqədar bir sıra ekspertin də rəylərinə müraciət edib.
“Dövlət Dumasının müdafiə üzrə komitə sədrinin keçmiş müavini Aleksandr Arbatov Rusiya-Ermənistan münasibətlərini klassik hərbi-siyasi alyans adlandırır: “Ermənistan Rusiyasız yaşaya bilməz, eyni zamanda Rusiya da Ermənistansız Qafqazda bütün vacib mövqelərini itirə bilər. Ermənistan kiçik ölkə olsa da, o, bizim Cənubi Qafqazda ən vacib forpostumuzdu. Hətta söyləyə bilərəm ki, Ermənistanın bizim üçün əhəmiyyəti İsrailin ABŞ üçün əhəmiyyətindən daha böyükdür”, – rusialı siyasətçi məqalə müəllifinə bildirib.
“Lakin Vaşinqtonda ictimai rəy daşıyıcıları Ermənistanın peyk-dövlət statusunu və onun Rusiyanın Yaxın Şərqdə geopolitik və geostrateji maraqlarının əsas nümayəndəsi olduğunu görməzdən gəlirlər. Ermənistanın hərbi və diplomatik doktrinası məhz Rusiya ilə strateji partnyorluğu əsas prioritet olaraq müəyyən edib”, – müəllif yazır.
Belə olan halda, Rusiyanın həm Avropa, həm də Yaxın Şərqdə təhdidvari və dəyişkən davranışı konteksində onun strateji müttəfiqləri ABŞ-ın dostları hesab edilə bilməz. Biz Rusiyanın keçmiş SSRİ-nin yenidən Moskvanın əllərinə geri qaytarılmasını inkar edə bilmərik”, – Murinson narahatlığını ifadə edib.
Murinson
Murinson Konqres və Ağ Evi Ermənistana “dumanlaşmış” gözlə baxmamağa çağırır. “Ermənistana hərbi və xarici yardım göstərilməsi və Ermənistanın dostlar sırasına daxil olunması ABŞ-ın milli maraqları üçün təhdid törədir”, – Murinson əminliyini bildirir.
Müəllfin fikrincə, ABŞ-ın burada edə biləcəyi tək şey Rusiyaya müharibə dövründə olduğu kimi sərt mövqe tutması, eyni zamanda öz hüdudları daxilində yaşayan və qonşuları ilə müharibə etməyən azad, müstəqil Ermənistana kömək etməsidir. // musavat.com
Bromer always follows up with us even if he was not present at the visit buy finpecia online
2 Additional evidence for the efficacy of SERMs is derived from the European randomized trials of tamoxifen compared with placebo, which have demonstrated a more modest benefit of tamoxifen for reducing the risk of invasive breast cancer what does propecia do 1999 Retiree Health Coverage Recent Trends and Employer Perspectives on Future Benefits