Vatikanda siqaret satışı qadağan olunur- ŞOK !

Bizimsesimiz.info // Papa Franciscusun göstərişilə  Vatikanda  işləyələrin gömrüksüz mallar mağazasından və supermarketdən siqaret satın alması qadağan ediləcək.

Bu məlumatı Vatikan yaydı.

Papanın insan sağlamlığına açıq-aşkar zərər verən bir fəaliyyətə dəstək verməməsi  qərarın qəbul olunması səbəbi kimi göstərilir.

Məlumatda  Dünya Səhiyyə Təşkilatının siqaretin dünyada hər il 7 milyondan çox insanın ölümünə səbəb olması barəsindəki bildirişinə də istinad edilir.

Vatikan sənədlərinə əsasən tərtib olunaraq 2015-ci ildə çap olunan  “Avarice” adlı kitaba görə, gömrüksüz mallar mağazasında siqaret satışı Vatikana ildə 10 milyon avro qazanc gətirirdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.