Venesuelada illik inflyasiya səviyyəsi (yanvar 2017-yanvar 2018) səviyyəsi 4068% faiz təşkil edib.

Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin maliyyə və iqtisadi inkişaf üzrə komissiya rəhbəri Rafael Qusmanın hesabatında bildirilir.

Hökumət iclasında çıxış edən Qusmanın sözlərinə görə, yanvar ayında hiperinflyasiya indeksi 84.2 % təşkil edib ki, bu faiz istənilən dövlətin anoloji göstəricilərini üstələyir. İqtisadiyyatda müşahidə olunan problemlərə görə Qusman Nikolas Maduronu təqsirkar bilib.

Komissiya rəhbəri bildirib ki, Venesuela liderinin qeyri-effektiv iqtisadi ölçüləri ucbatından ölkə öz tarixi ərzində ən kəskin iqtisadi böhranla üzləşib.

“Bu gün hamımızın üzləşdiyi faciəyə görə cavabdeh olan yeganə şəxs Nikolas Madurodur”, – deyə komissiya rəhbəri bildirib.

2018-ci ilin proqnozlarına gəldikdə, Qusman valyuta mübadiləsinə nəzarət üzrə icra orqanının yürütdüyü siyasətin ucbatından bu gün proqnozların heç də ürəkaçan olmadığını dilə gətirib.

Onun sözlərinə görə, mövcud sistemdə dəyişikliklər Venesuelaya investisiya axınını bərpa edə və ölkə xaricində olan venesuelalıların öz ailələrinə göndərdiyi beynəlxalq pul köçürmələrini asanlaşdıra bilər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here