Vertolyot qəzasında ölən şahzadə ölkədən qaçmaq istəyirmiş

Bizimsesimiz.info  // “Middle East Eye” qəzeti bir neçə gün öncə Səudiyyənin Yəmənlə sərhəddə yerləşən Əsir vilayətində vertolyot qəzasında həyatını itirən şahzadə Mansur bin Məqrin barədə yeni iddia ilə çıxış edib.

Qəzetin bildirdiyinə görə, şahzadə və həyatını itirən 8 dövlət rəsmisi ölkədəki silsilə şahzadə həbslərindən qorxaraq ölkəni tərk etmək istəyirmiş.

Digər tərəfdən, İsrailin “Yediot Aharonot” qəzeti vertolyotun Səudiyyə tərəfindən raketlə hədəfə alındığını iddia edib.

Qeyd edək ki, qəzayla bağlı xəbər Səudiyyə Ərəbistanında korrupsiya əməliyyatları zamanı bir sıra dövlət rəsmilərinin həbsindən sonra gəlmişdi. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.