“Virus Allahın müğənnilərə ədaləti oldu, günə 15 min qazanırdılar”

“Pula yanaşma başqadır. Ruzini Allah verir. Çox pulum olsun iddiasında deyiləm. Yaşaya bilim, nəşə olsun. Bu problem bütün dünyadadır. Ona görə də adam qıcıq ola bilmir”.

Bizimsesimiz.info xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov “Xəbər-ətər” proqramında deyib.

“Allah ədalətidir. Müğənnilərə qarşı isə lap ədalətli oldu. Düzgün deyildi, günə 10-15 qazanırdılar. İndi Allah onların qapısını açsın.

Həm də hamısı artıq öz yerinə qayıdır”.

Elməddin rol aldığı filmlərin satılmadığını da etiraf edib:

“Çəkildiyim filmlərdən faizlə işləyirdim. “Qaragöz” filmi satılmadı və pul almadım. “Xoxan”, “Naxox” satıldı, yaxşı oldu. İki-üç il çəkildiyim film satılmadı. Mən də səsimi çıxarmadım ki, bilsələr satılmır, çəkməyəcəklər. İndi rahat etiraf edirəm”. (axşam.az)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.