Bizimsesimiz.info // Tehrana səfəri zamanı Rusiya prezidenti Vladimir Putin İranın ali dini lideri, Ayətullah Əli Xamneyi ilə görüşəcək.

SalamNews-un “RİA Novosti”yə  istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Sabah prezident İrana səfər edəcək. Səfər zamanı Putin İran prezidenti Həsən Ruhani ilə görüşəcək. Bundan əlavə Putin və Ruhaninin rəhbərlik edəcəyi geniş tərkibli Rusiya-İran danışıqlarının keçirilməsi planlaşdırılır”, deyə Peskov bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here