Mayın sonunda Qətər əmiri şeyx Tamim bin Hamad əl-Taninin adından təqdim edilən qalmaqal xarakterli və nəticədə qonşularla münaqişəyə səbəb olan saxta sitatların yer aldığı sosial şəbəkələr və Qətərin hökumət xəbərləri agentliyinin kibersındırılması Birləşmiş Ərəb Əmirlikləri tərəfindən təşkil edilib.

Bizimsesimiz.info SalamNews-a istinadla xəbər verir ki, bu barədə “The Washington Post” ABŞ kəşfiyyat xidmətindəki mənbələrə istinadla məlumat verib.

Məlumata əsasən, ABŞ xüsusi xidmətləri tərəfindən toplanılan məlumatların analizindən sonra mayın 23-də BƏƏ hökumətinin yüksək vəzifəli nümayəndələrinin xüsusi əməliyyat planını və onun həyata keçirilməsini müzakirə etdikləri təsdiqini tapıb. Bununla belə, haker hücumlarını BƏƏ-nin özünün həyata keçirdiyi, yoxsa onların yerinə yetirilməsi üçün başqa tərəfi cəlb etdiyi qeyri-müəyyən olaraq qalır.

BƏƏ Vaşinqtondakı səfir Yusef əl-Otaybanın bu fəaliyyətdə əli olduğunu rədd edib və bundan əvvəl Qətərin ünvanına səsləndirilən ittihamları təsdiqləyib.

Qətər dəfələrlə saytlarının sındırıldığını bəyan edib, lakin öz araşdırmalarının nəticələrini dərc etməyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Misir iyunun 5-də Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər və rəsmi Dohanı terror təşkilatlarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti destabilləşdirməkdə ittiham ediblər.

Liviyanın şərq hissəsinin hökuməti, Yəmən, eləcə də Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə əlaqələri kəsdiklərini elan ediblər. Cibuti və İordaniya Qətərlə diplomatik münasibətlər səviyyəsinin endirildiyini bildiriblər, Seneqal, Niger və Çad isə Qətərdəki səfirlərini geri çağırıblar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here