“WhatsApp” xidməti P2P (kartdan karta) pul köçürmələri funksiyasını sınaqdan keçirməyə başlayıb.

İKT.lent.az-ın “The Next Web”ə istinadən verdiyi xəbərə görə, testlər istifadəçilərin 1%-ni əhatə edəcək. Köçürmə sistemi “Unified Payments Interface”də (UPI) yaradılacaq və bank hesabları arasında ödənişsiz köçürmələr etməyə imkan verəcək.

Əvvəlcə sistem yalnız istifadəçilər arasında fəaliyyət göstərəcək, lakin sonradan bunun biznes məqsədilə istifadəsi də planlaşdırılır. Gələcəkdə isə bu funksiyanın gəlir gətirən əsl ödəniş sisteminə çevrilməsi nəzərdə tutulub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here