Xəzər dənizi beş ölkə arasında bölündü – VİDEO

Xəzərin hüquqi statusu ilə əlaqədar 49 mərhələli danışıqlardan sonra nəhayət yekun konvensiyanın əsas müddəaları ilə bağlı razılıq əldə olunub. Konvensiya sənədinə görə hər bir dövlət üçün 15 mil məsafədə su zonası, 10 mil məsafədə isə balıqçılıq zonası müəyyən olunub. 

Bizimsesimiz.info-nun Xəzər TV-yə istinadən məlumatına görə, xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, konvensiyada Azərbaycanın milli maraqlarına cavab verən bütün məqamların öz əksini tapıb.

Sənəd Xəzəryanı dövlətlərin rəhbərlərinin Qazaxıstanda keçirilən zirvə görüşündə imzalanacaq.
Xəzər dənizinin su səthi ilə yanaşı onun dibinin bölüşdürülməsində də 5 ölkə bərabərhüquqlu tərəf kimi ortaq razılığa gəliblər. Burada əsas diqqət Xəzərin sualtı ehtiyatlarından istifadəyə yönəlir.
Xarici işlər nazirinin müavini Xələf Xələfov gələcəkdə Xəzərdən birgə istifadə üçün bir sıra önəmli nəticələrin də artıq əldə edildiyinə diqqət çəkib. Bunlar Xəzərdən dünya okeanına çıxış və Xəzərin dibi ilə kabel, kəmərlərin çəkilməsi ilə bağlıdır.
Onu da qeyd edək ki, Xəzərin hüquqi statusu ilə bağlı yekun sənədin Xəzəryani ölkələrin dövlət başçilarinin 5-ci Sammitində Qazaxistanda imzalanması nəzərdə tutulur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.