Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana xaricdən 95 milyon 686 min 701 ədəd tibbi maska gətirilib. İdxal olunan tibbi maskanın ümumi dəyəri 3 milyon 554,39 min dollar (6 milyon 42,5 min manat) olub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamaya görə, bu ilin ilk 8 ayında ölkəyə gətirilən tibbi maskanın bir ədədinin orta gömrük dəyəri 3,7 sent və ya mövcud məzənnə ilə 6,3 qəpik olub.
Avqust ayında idxal olunan tibbi maskanın bir ədədinin orta gömrük dəyəri isə 3 sent və ya mövcud məzənnə ilə 5,1 qəpik olub.
Onu da bildirək ki, son bir-neçə aydır apteklərdə tibbi maskların bir ədədi 20 qəpiyə satılır.
Aylar üzrə ən çox maska yanvar ayında, ən az maska isə aprel ayında gətirilib.
Bu ilin (2021-ci il) ilk 8 ayında Azərbaycanın xaricdən aldığı tibbi maskaların sayı və qiyməti aşağıdakı kimi olub:

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here