Bizimsesimiz.info  // İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş qırğının 26-cı ildönümü münasibətilə həmin cinayətdə həyatını itirmiş hər kəsin xatirəsini yad edib.

Təşkilatın mətbuat xidmətindən İslam.az-a verilən xəbərə görə, baş katib bildirib ki, Xocalı hadisəsi Ermənistan tərəfindən Azərbaycan ərazisinin qeyri-qanuni işğalının nəticəsidir. O, işğal olunmuş Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və genosid kimi qiymətləndirildiyi İƏT Xarici İşlər Nazirləri Şurasının əvvəlki sessiyalarında qəbul edilmiş qətnamələrə və islam sammitinin 12-ci iclasının Qahirə Yekun Kommunikesinə istinad edib.

Baş katib Azərbaycan Respublikasının öz ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası istiqamətində təşəbbüslərinə və səylərinə İƏT-in tam dəstəyini bir daha ifadə edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here