Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyində anım tədbiri keçirilib.
Tədbirdə Qətərdə yaşayan həmvətənlərimiz, ziyalılar, yerli ictimaiyyət nümayəndələri, o cümlədən qardaş Türkiyə Respublikasının Qətər Dövlətindəki səfiri Mustafa Göksü iştirak ediblər.
Tədbir zamanı ilk öncə Xocalı faciəsinin qurbanları və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra səfir Rəşad İsmayılov çıxış edərək, Xocalı faciəsi və Azərbaycan-Ermənistan münaqişəsi haqqında danışıb. Xocalı soyqırımının 20-ci əsrdə mülki və dinc əhaliyə qarşı törədilmiş ən qəddar cinayət əməllərindən biri olduğunu qeyd edən səfir, Ermənistanın ikinci Qarabağ müharibəsi zamanı da oxşar əməllərə əl ataraq mülki əhalini hədəf aldığını bildirib.
Tədbirdə çıxış edən Türkiyənin Qətərdəki səfiri M.Göksu Xocalı soyqırımı qurbanlarını ehtiramla anıb və Vətən müharibəsində əldə olunmuş şanlı qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.
Çıxışlardan sonra Xocalı soyqırımı ilə əlaqədar sənədli filmi nümayiş etdirilib.

Tədbirdə Xocalı soyqırımınının dəhşətlərini əks etdirən foto sərgi təşkil olunub, kitab və informasiya materialları nümayiş etdirilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here