Roma papasının bu çıxışı onun “mason”-filan deyilənlərin strategiyasına xidmət edən pərdəarxası siyasətinin təzahürüdür…
“Xristian dünyası artıq yoxdur!..” 
Moderator.az xəbər verir ki, Roma Papası Fransiskin bu gözlənilməz fikrini ingilis katolik qəzeti “The Tablet” sitat gətirib.
Papa katoliklərin  Milad bayramı ərəfəsində kardinallarla ənənəvi görüşdə belə deyib:
“Xristian dünyası artıq yoxdur!.. Bu gün mədəniyyəti təbliğ edən yalnız biz deyilik, bu məsələdə birinci deyilik və bizə qulaq asmırlar… Xristianlıq, xüsusən də Avropada, eyni zamanda Qərbin əksər hissəsində artıq ortaq həyatımızın əsasını təşkil etmir. Əksinə, çox vaxt rədd edilir, marginallaşdırılır, kənarlaşdırılır və ya bu dinə istehza edilir ”-deyib Katolik Kilsəsinin rəhbəri.
O, meqapolis sakinlərinin öz növbəsində “qeyri-standart yanaşmalar” tələb edən “yeni bir müjdə”yə  ehtiyacı olduğunu vurğulayıb. Papa kardinalları bu yeni yanaşmaları inkişaf etdirməyə, dini həyatdakı yeniliklərdən və dəyişikliklərdən qorxmamağa çağırıb…
P.S. Roma papasının bu çıxışı onun “mason”-filan deyilən beynəlxalq trans-milli super güclərin bütün klassik bəşəri, o cümlədən milli dəyərlər kimi, səmavi dinlərin də silinməsi, amorf bir kütləyə çevriləcək insan kütlələri üçün yeni, ortaq bir “din” yaratmaq məqsədi güdən strategiyasına xidmət edən pərdəarxası, gizli siyasətinin təzahürüdür…
Sultan Laçın

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here