Xristian məbədlərinə hücum planlaşdıran silahlılar saxlanıldı – HADİSƏ
Bizimsesimiz.info // Misirdə xristian məbədlərinə özünü partladaraq terror aktları törətməyi planlaşdıran 6 silahlı saxlanılıb.
APA-nın xəbərinə görə, terrorçular hücumları müqəddəs Ramazan bayramı günü və iyunun 30-da – sabiq prezident Məhəmməd Mursinin hakimiyyətdən devrildiyi gün həyata keçirməyi planlaşdırıblar.
Qeyd edək ki, Misirdə yaşayan xristian koptlar mütəmadi terrorçuların hücumuna məruz qalırlar.
Xatırladaq ki, mayın 26-da radikallar Misirin cənubunda xristian zəvvarların olduğu avtobusu gülləbaran ediblər. Nəticədə 29 nəfər ölüb, 20 nəfər yaralanıb.