Xristianlar Məbəd dağı ətrafındakı münaqişədə müsəlmanları dəstəklədilər
Beytləhmin xristian icmasının üzvləri İsrail hökumətinin fəaliyyətinə qarşı etiraz aksiyasında Qüdsdəki müsəlmanları dəstəkləyiblər.
Bizimsesimiz.info SalamNews-a istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi VAFA agentliyi məlumat yayıb.
Fələstinlilər İsraildən islam dünyasının üçüncü müqəddəs məkanının ərazisinə girişlərdən metalaxtaran çərçivələrin yığışdırılmasını tələb edirlər.
“Bu gün biz – xristian və müsəlmanlar dünyaya bölüşdürməni qəbul etmədiyimiz, bir xalq olduğumuz və xristianlarla müsəlmanlar arasında heç bir fərq olmadığından dünyaya söhbət açmaq üçün bir yerdə durmuşuq. Bizim üçün Fələstin müqəddəs məkanlar və müqəddəs şəhidlərin torpağıdır.”, – deyə agentlik Milli xristian hərəkatının nümayəndəsi Calal Barhemin sözlərindən sitat gətirib.
Etiraz aksiyaları həm Beytləhmdə, həm də Qüdsün tarixi mərkəzinin divarları önündə keçirilib. Xristianlar müxtəlif şüarlar səsləndiriblər. Onlardan əsası “Biz “əl-Əqsa” məscidi və Diriliş kilsəsini qorumaq üçün birlikdəyik!” olub.