Xuan Quaydo ABŞ-ın Venesuelaya humanitar yardım göndərdiyini bildirib

Venesuela Milli Məclisinin başçısı Xuan Quayido ABŞ-ın növbəti humanitar yardımının Kolumbiyanın sərhəd Kukuta şəhərinə çatdırıldığını bildirib.

“Report” xəbər verir ki, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.

“Bu an ABŞ-ın humanitar yardımının olduğu təyyarə Kukutaya çatır… Biz venesuelalıların ehtiyac duyduğu qida məhsulları və dərmanların idxalı yollarını axtarmağa davam edəcəyik”, – deyə müxalifət lideri “Twitter”də yazıb.

O, həmçinin Amerika hökumətinə minnətdarlığını bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.