Bizimsesimiz.info // Yəhudi əsilli İsveç aktivisti Benjamin Ladraa İsrail rejiminin Fələstinə qarşı zülmünə reaksiya vermək məqsədilə İsveçdən Fələstinə piyada yürüş edir.

Avqustun 15-də Höteborg şəhərindən  yola çıxan Ladraa Anadolu Xəbər Agentliyinə  müsahibə verdi.

Ladraa İsrail rejiminin zülmünü və Fələstin məsələsini çatdırmaq üçün 4800 kilometrlik yolu piyada getməyi qarşısına məqsəd qoyduğunu söylədi və: “İsrail rejimi Qəzzaya fosforlu bomba atır. Xəstəxanaları, məktəbləri, dinc əhalini bombalayır. Qəzzaya gedən humanitar yardımlara mane olur. Xalq susuz qalır. Qəzza sərhədinə beton divar hörülür. Təəssüf ki, fələstinli insanların haqqı və hüququ yoxdur. İsrail rejiminin Fələstinə etdiyi zülmlər məni narahat edir. Fələstin məsələsini çatdırmaq üçün İsveçdən Fələstinə qədər piyada gedəcəyəm”dedi.

Aktivist yolunun üstündə olan 7, və ya 8 ölkədə Fələstin məsələsindən danışacağını qeyd etdi, İsveç, Almaniya, Avstriya, Sloveniya, Xorvatiya, Yunanıstan, Türkiyə və Kiprdən keçərək Fələstinə çatmağa ümid etdiyini vurğuladı.

Ladraa: “Həddən artıq çətin olduğunu bilirəm, bunun üçün Qırmızı Xaç təşkilatındakı vəzifəmdən də istefa verdim” dedi.

Ladraa səfərinin 1 il davam edəcəyini söylədi və: “Əl-Əqsa məscidi İslamın ən əhəmiyyətli üçüncü simvoludur. Hansı dinə aid olursa-olsun, bir məbədə əsgərin daxil olması və zorakılıq tətbiq etməsi  qətiyyən qəbuledilməzdir, insan haqlarına, din azadlığına ziddir. İsrail rejiminin etdikləri çox böyük bir qanunsuzluqdur” deyə bildirdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here