Yəhudi alim: İsrail Holokost təbliğatından öz işğalçılıq planları üçün istifadə edir

“İsrail hələ də Holokost məsələsindən öz işğalçılıq fəaliyyətlərini ört-basdır etmək məqsədilə istifadə edir. İsrail hər zaman bu məsələni gündəmdə saxlayır ki, özünün daim təhlükə altında olması barədə imic yarada bilsin”.

Felestin.info “Middleeastmonitor”-a istinadla xəbər verir ki, bu sözləri Rabat şəhərində Fələstin üçün Milli Fəaliyyət Qrupu qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilmiş “Holokost və sionist gündəliyi” adlı seminarda çıxışı zamanı yəhudi əsilli mərakeşli alim Yakob Kohen deyib.

İnsan hüquqları üzrə fəaliyyət göstərən yazıçı bunları deyib: “İsrail 1970-ci ildən bəri bu məsələni daim qabardır ki, öz nüfuzunu beynəlxalq qınaqlardan qoruya bilsin və dünyanın diqqətini Fələstin xalqına qarşı törətməkdə olduğu cinayətlərdən yayındıra bilsin”.

“Bu ölkədə hakimiyyətdə olmuş bütün hökumətlər daxili siyasətlərində daim çalışıblar ki, Holokost məsələsini İsrail vətəndaşlarının düşüncə və rəftarına həkk etsinlər. Bu yolla insanlar qorxu və vahimə altında olsunlar ki, hökumət də asanlıqla ölkədə müharibə ab-havasını təmin edə bilsin. Əlbəttə ki, bu da öz növbəsində Fələstinə qarşı daimi hərbi işğalçılıq fəaliyyətini təmin etmiş olur”, – deyə Y.Kohen əlavə edib.

Kohen deyib ki, bəzi Avropa İttifaqı (Aİ) ölkələri işğal altındakı İordan çayının qərb sahili bölgələrində yəhudi miqrantlar üçün salınmış qanunsuz yaşayış məskənlərində istehsal edilən məhsullara boykot tətbiq etmişdi. Lakin İsrail bu boykota hiyləgərcəsinə qarşılıq verdi və İkinci dünya müharibəsi dövründə Nasistlər tərəfindən yəhudi tacirlərə tətbiq edilmiş boykot kampaniyalarını əks etdilən köhnə şəkilləri yayımladı. Bu təbliğatdan təsirlənən Aİ ölkələrinin bəziləri boykotla bağlı mövqelərini dəyişməli oldular.

Yəhudi alimin sözlərinə görə, sionist lobbisi Holokost məsələsini sorğulanması qadağan olan tarixi bir məsələ kimi beyinlərdə həkk etdirmək istəyirlər ki, heç kəs bu mövzunu araşdırmağa və sorğulamağa cürət etməsin. Onlar, həmçinin Holokost terminini yalnız özlərinə şamil etməyə cəhd edirlər. Yəni tarixdə yalnız alman faşizminin yəhudilərə qarşı törətdiyi qətliam Holokost adlandırılsın, tarixdə ən böyük qətliamlara, soyqırımlara məruz qalmış hindular, afrikalılar bu termindən istifadə edə bilməsinlər. Halbuki, Holokost adlandırıla biləcək müxtəlif zorakılıq növləri mövcuddur və bu anlayış təkcə yəhudilərə aid edilməməlidir.

Mərakeşin Meknes rayonunda anadan olan alim sonda onu da vurğulayıb ki, İsrail regionda qətiyyən sülh istəmir və rejim elə bir siyasi sistemə əsaslanır ki, hərbi zorakılıqdan əsla vaz keçə bilməz.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir