Yəhudi siyasi fəal: “Mən sionist rejimi dövlət olaraq tanımıram”

Bizimsesimiz.info // Yazıçı, jurnalist, tədqiqatçı və yəhudi siyasi fəal İoyel Matveyev ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail rejiminin paytaxtı kimi tanıyaraq, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi qərarıyla bağlı açıqlamalar verib.

İoyel Matveyev, “ABŞ prezidenti Donald Tramp amerikalıların fikrini ölkədəki hərc-mərclikdən yayındırmaq istəyir” , – deyə söyləyib.

“Mən sionist rejimi dövlət olaraq tanımıram. Mənə elə gəlir ki, Tramp amerikalıların fikrini ölkədəki hərc-mərclikdən yayındırmaq istəyir. Praktikada ABŞ Yaxın Şərqdə öz sevimli vassalı olan ölkənin paytaxının Qüdsə köçürülməsi məsələsini sonsuza qədər uzadacaq. Lakin indidən qan tökməyə başlanılıb. Bu alova sionistlər və vəhhabilər benzin tökməkdədirlər. Trampın elektoratının bir hissəsinin isə (ABŞ-dakı) fikri daxili məsələdən yayınıb”, – deyə Matveev bildirib.

O əlavə edib ki, dünyada seçki qabağı “sülh”dən dəm vuranlardan fəqli olaraq ABŞ-ın sevimli gedişi müharibə və silahlı toqquşmaları provakasiya etməkdir. Mənbə: eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir