People check the site of a suicide bombing in the southern port city of Aden, Yemen, May 23, 2016. REUTERS/Fawaz Salman TPX IMAGES OF THE DAY

Bizimsesimiz.info // Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin endirdiyi hava zərbəsi  nəticəsində Yəmənin mərkəzi bölgəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə  paytaxt Sənadan 173 km şimal-şərqdə yerləşən Marib əyalətində qeydə alınıb.

Məlumata əsasən, koalisiya qüvvələrinə məxsus təyyarələr Əl-Miseyd rayonunda yaşayış massivini bombalayıblar.

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən qüvvələr və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here