Yəməndə yenə qarşıdurma oldu

Bizimsesimiz.info // Yəməndə qanuni hökumətə qarşı birlikdə hərəkət edən Husilər ilə sabiq dövlət başçısı Əli Abdulla Saleh tərəfdarları arasında yenidən toqquşma oldu.

Şahidlərin verdiyi məlumata görə, Husilər ilə Saleh tərəfdarları arasında paytaxt Sananın cənubundakı Əs-Siyasi Məhəllədə qarşıdurmalar yenidən alovlanıb.

Münaqişənin Əli Abdullah Salehin qardaşı oğlu polkovnik Tarıq Məhəmməd Abdulla Salehin Sananın cənubunda yerləşən evinin yaxınlığında və ətraf məhəllələrdə baş verdiyi bildirilir.

Husilərin beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan hökumətinin Müdafiə Nazirliyindən dünən axşam verilən məlumatda Husilər ilə Saleh tərəfdarları arasındakı gərginliyin səbəblərinin aradan qaldırıldığı və qarşıdurmaların dayandırıldığı bildirilmişdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.