Yəməndən Səudiyyənin paytaxtına raket zərbələri endirildi – VİDEO

Bizimsesimiz.info  // Yəmənin paytaxtı Sənadan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə “Burkan H2” tipli ballistik raketlərdən hücum həyata keçirilib.

 

“Al Arabiya” televiziyası və xəbər saytında bildirilən məlumatda, Səudiyyə Ərəbistanının Patriot raket əleyhinə müdafiə sistemlərinin atılan raketləri Ər-Riyad şəhəri yaxınlığında havadaca təsirsiz hala gətirdiyi qeyd olunub. Raketlərin qırıntıları şəhərin küçələrinə səpələnib.

Yəmənli Husilərin bildirdiyinə əsasən isə raketlər birbaşa hədəfə, yəni Kral Xalid Beynəlxalq Hava Limanına çatıb.

Raketlərin məhv edilməsi zamanı meydana gələn partlayışın Ər-Riyadın bir hissəsindən eşidildiyi diqqətə çatdırılıb.

Xatırladaq ki, 2015-ci ilin martında Yəmənin qeyri-legitim prezidenti Mansur Hadinin ölkəni tərk edərək Səudiyyə Ərəbistanına müraciətindən sonra krallıq rejimi Yəmən ərazilərində hərbi əməliyyatlara başlayıb.

Hərbi əməliyyatlar zamanı minlərlə insan həyatını itirib,10 mindən artıq insan isə yaralanıb. 2 milyona yaxın insan məcburi köçkün vəziyyətində düşüb.

Yəmən əhalisi qida, tibbi ləvazimat, o cümlədən gündəlik təlabat mallarını əldə etməkdə çətinlik çəkir. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin blokadası Yəmənin iqtisadi vəziyyətini çətinləşdirib. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.