Yəmənin eks-prezidenti paytaxtdan qaçarkən öldürüldü – FOTOLAR

Bizimsesimiz.info  // Yəmənin sabiq prezidenti Əli Abdullah Saleh öldürülüb.

SalamNews-un verdiyi məlumata görə,  Bu barədə “Press TV” məlumat yayıb.

Bildirilir ki, Əli Abdullah Saleh Yəmənin Məarib vilayətinə gedərkən Zmmar-Beyza yolunda öldürülüb.

Sabiq prezidentlə birgə onun müavini Arif Zuka və “Milli Konqres” partiyasının baş katibi Yasir əl-Əvazi zirehli maşında həyatını itirib.

Əli Abdullah Saleh 1994-cü ilin oktyabrından 2011-ci ilin noyabrına qədər Yəmənin dövlət başçısı postunu tutub.

Qeyd edək ki, bir neçə gündür paytaxt Səna şəhərində Əl-Husi döyüşçüləri ilə sabiq prezidentin tərəfdarları arasında qarşıdurma gedirdi. Bu gün prezident tərəfdarlarından 200 nəfərin təslim olduqları deyilir.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir