Yəmənli polkovnik İsrail hərbi bazalarını vura biləcəklərini bəyan etdi

Bizimsesimiz.info // Yəmən Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Əziz Rəşid işğalçı İsrail rejiminə xəbərdarlıq edib.

Əziz Rəşid açıqlamasında bildirib ki, Əritrədəki İsrail rejiminə məxsus hərbi bazalar artıq Yəmən ordusunun hədəfindədir.

Polkovnik İsrail rejimi bazalarını hər an vura biləcəklərini vurğulayıb.

Yəmən donanmasına aid raketlərin gələcəkdə işğal altındakı Fələstin torpaqlarındakı limanlara göndərmək güclərinin olduğunu diqqətə çatdıran Əziz Rəşid, Yəmən ordusunun əvvəlkindən də güclü olduğunu qeyd edib. //eastnews.org