Uyğur problemi dünyanın vicdanlı kəsimini ciddi narahat edir. Çinə xoş görünmək istəyən ölkələr susur. Amma ortaya ləyaqətli mövqe qoyanlar var.

Bizimyol.info xəbər verir ki, Yaponiya uyğurların müdafiəsinə qalxıb. Ölkənin baş naziri Şinzo Abe Çin lideri Si Tszinpinlə görüşdə bu haqda danışıb. Yaponiyanın hökumət başçısı Sincan-Uyğur muxtar bölgəsində insan haqlarının vəziyyətindən narahatlıq ifadə edib.

Abe Honkonqu da unutmayıb. Onun fikrincə, buradakı azadlıqlar toxunulmaz qalmalıdır.

Hələ yayda Yaponiya uyğurların lideri Rabiya Kadiri ölkəyə dəvət etmişdi. Asiya dövləti BMT-yə uyğurlara işgəncə ilə bağlı narahatlıq məktubu göndərən ölkələrdəndir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here